manera.az
manera.az

Təhsildə yeni yanaşma – mentorluq xidməti | MANERA.AZ

📅 31.10.2015 12:05



Təhsildə yeni yanaşma – mentorluq xidməti | MANERA.AZAynurə Orucova,
Gəncə şəhəri 22 nömrəli tam orta məktəbin Biologiya müəllimi

____________________

Azərbaycan təhsilində yeni yanaşma – mentorluq xidməti

"Cəmiyyət genişdir, maarif isə onu işıqlandıran Günəşdir", - deyən ulu öndər Heydər Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğı bu gün də siyasi varislik nümunəsi kimi davam etdirilir və onun inkişafı üçün əsaslı islahatlar həyata keçirilir.
Azərbaycanda təhsilin inkişafına yönəlmiş kompleks islahatlar, qabaqcıl ideyalar və layihələr cəmiyyətimizin inkişafına böyük töhfələr verir. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı istiqamətində çoxsaylı uğurlara imza atılmışdır.

Biz sabahımızı necə görürük? Bu suala müasir dövrümüzdə insanlar, daha geniş çevrədə dövlətlər və nəhayət, bəşəriyyət cavab axtaran zaman sadə həqiqətə üz tuturlar – təhsilin keyfiyyəti bizə həyat keyfiyyətimizi dəyişməyə, birgə yaşayışın daha sivil formalarını axtarmağa, düşünməyə yardım etməlidir. Yəni təhsil fenomeni dünyanın yeni inkişaf trendlərini müəyyən edir. Bu, dünən də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.

Müasir təhsil sisteminin yenidən qurulması və islahatlar prosesində, biz bu günümüzlə yanaşı, eyni zamanda, gələcəyin tələblərini də nəzərə almalıyıq. Keçmişimiz nə qədər zəngin olsa da, bu günümüz keçmişin deyil. Bu günümüz gələcəyimizindir. Belə ki, indi təhsil alan nəsillər bir neçə illərdən sonra müstəqil həyata qədəm qoyacaq, bir mütəxəssis kimi fəaliyyətə başlayacaqlar. Parlaq gələcək isə bu gün reallaşan layihələrin qiymətləndirilməsi, davamlılığı və uğurundan asılıdır.Ölkəmizin təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması isə əsas məqsədlərdən biridir.

Dünyanın ən yüksək nəticə göstərən məktəb sistemlərində göstərilir ki, əməkdaşlıq mühiti, effektiv peşəkar inkişafın mühüm hissəsidir. Həmkarların təlim məşğələlərini birgə planlaşdırması, bir-birini müşahidə etməsi, təcrübələr əsasında təkmilləşmələrində vaxt və dəstəyin təmin olunması onları stimullaşdırır.

Dünya təcrübəsində göstərilir ki, artıq bütün yüksək məktəb sistemlərində qəbul edilmişdir ki, əgər “yaxşı müəllim yetişdirmək istəyirsinizsə, sizin onlarla birgə işləyən yaxşı mentorlara ehtiyacınız var”. Mentorlar bir sıra ehtiyacların qarşılanmasında mühüm rol oynaya bilərlər. Onlar katalizator rolu oynayaraq uğurlu əməkdaşlıq strukturu təmin etmək bacarığına nail olurlar.

Bəs onda gəlin görək mentorluq nədir?
Kimlər mentor ola bilər?
Mentorluq daha təcrübəli və ya daha çox bilikli bir adamın nisbətən az təcrübəli və ya az bilikli bir adama bələdçilik etməsi üçün yradılmış şəxsi inkişaf əlaqəsidir.

Dünya təcrübəsinə görə, mentorluq əlaqələri bütün sahələrdə - şirkətlərdə, təhsil müəssisələrində və müxtəlif təşkilatlarda fərqli hədəf kütlə, yaş qrupu; fərqli məqsədlər əsasında formalaşdırılmış şəkildə tətbiq edilməkdədir. Şəxslər və təşkilatlar bu qarışıq və daimi dəyişən iş həyatına ayaq uydura bilmək üçün, potensialını inkişaf etdirmək məcburiyyətindədirlər.

Mentorluq sisteminin tətbiq olunmasındakı məqsəd:

• İnsan potensialını inkişaf etdirmək
• Təşkilat (layihə qrupu) mədəniyyətini təmin etmək
• Akademik və ya karyera yönündən hədəf kütləyə dəstək vermək
• Bunun nəticəsi olaraq da inkişaf etməkdə olan insan potensialını formalaşdırmaqdır.

Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, təhsilverənlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması, mentorların onlara dəstək göstərməsi, iş prosesi zamanı onlara baş çəkməsi, əməkdaşlıq etməsi, rəy verməsi və fikir yürütməsi təhsildə, məktəbdə perspektivləri təmin edir.

Təhsildə yeni yanaşma – mentorluq xidməti | MANERA.AZMentor kimdi?

Yunan mifologiyasına görə - Mentor: “Father like teacher”

Bir termin kimi (Günümüzdeki anlamında) ilk dəfə 1699-cu ildə işlənmişdir.

Mentor - dövlətin təhsil siyasətinin bir sinif otağında icra edənə, başqa sözlə müəllimə ən müasir məslələrdə metodik dəstək ola bilən təhsil işçisidir.

Mentor məktəb müəllim müasir dərs
Mentor məktəb müəllim müasir texnika

Təhsildə yeni yanaşma – mentorluq xidməti | MANERA.AZNiyə mentora ehtiyacımız var????

Ölkəmizin təhsilində müasir müəllimin peşəkar inkişafına, təkmilləşdirilməsinə xüsusi diqqət ayrılır. Tədrisin səviyyəsini yüksəltmək üçün, ilk növbədə, müəllim hazırlığının keyfiyyətini təmin etmək lazımdır. Belə ki, müəllimlər müxtəlif məzmunlu nəzəri və praktik bacarıqlar formalaşdıran təlimlərə cəlb olunurlar. Lakin müəllimlər tədris prosesində təlimdən əldə etdikləri bilik və bacarıqların tətbiqində bir çox problem və çətinliklərlə qarşılaşırlar. Bu isə öz növbəsində təhsil müəssisələrində mentorluq xidmətinin genişləndirməsi zərurətini yaradır və tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq sisteminin yaradılması ideal variantlardan biridir.

Müasir dünya müxtəlif həyat sahələrində həm insana, həm də onun bilik, bacarıq və düşünmə tərzinə öz tələblərini qoyur. XXI əsr yüksək kompüter texnologiyaları əsridir. Kompüter və elektron texnologiyalar həyatımızın böyük bir hissəsini tutur – işdə, evdə, istehsalatda, hətta icma fəaliyyətində də.

Hal-hazırda məktəblər və müəllimlər şagirdləri indiki dövrdə rahat yaşamaları üçün müasir həyata hazırlamalıdırlar. Bu məqsədlə də şagirdlərdə müasir bacarıqlar, sərbəst düşünmə tərzi və məqsədə çatmaq üçün müasir texnika və texnologiyadan düzgün istifadə bacarıqları inkişaf etdirilməlidir.

Elə bu baxımdan pedaqoji heyətin İKT savadlılığının artırılmasına yönəlmiş təlimlərin böyük əhəmiyyəti vardır. Belə təlimlərin keçirilməsində məqsəd, fənn kurikulumlarının tətbiqinin effektivliyini yüksəltmək üçün müəllimlərin nəzəri və praktik bacarıqlarının, həmçinin informasiya texnologiyaları üzrə biliklərinin artırılmasıdır.

Hal hazırda Azərbaycanda ilk dəfə olaraq “Təhsildə İnnovativ Texnologiyalar” (İTE) Əlavə Təhsil Mərkəzi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Bakı şəhəri üzrə seçilmiş məktəblərdə müxtəlif təlimlərdən keçmiş müəllimlər və inzibati-idarəetmə heyəti üzvlərinə informasiya-kommunikasiya texnologiyalarının (İKT) təhsilə tətbiqi və peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində xidmətinin təşkili layihəsinə start verdi.

Oktyabr ayının 5-dən Nəsimi rayonu 14 və 111 saylı məktəblərində artıq mentor kimi məndə öz fəaliyyətimə başlamışam və dekabrın sonunnadək davam edəcək. Bu 3 ay müddətində mentorluq xidmətimin əsas məqsədi müxtəlif təlimlərdən keçmiş müəllim və inzibati-idarəetmə həyətinə İKT-nin təhsilə tətbiqi və peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində dəstəyimi göstərilməkdir. Hər bir müəllim üçün həftədə 1 dəfə 1 saat fərdi görüşlərim və həftədə 1 dəfə 4 saat olmaqla qruplarda görüşlər keçirdirəm. Müəllimlər qrup görüşlərində dərslərin şagirdlərin maraqlarına uyğun qurulması üçün kompüterin tətbiqi proqramları və resursların hazırlanması birgə həyata keçirdir və fikir mübadiləsi aparırlar. Mənim fikrimcə mentorun işi öyrənmə,dialoq, problemlər və onların həlli ilə davam edən sistemli əlaqə qurmaqdan ibarətdir. Mentorlar bir çox müəllimlərdən daha çox bilik bazasına malik olmalıdırlar. Onların biliyi həmkarının təkmilləşdirilməsinə yönəlmiş əməkdaşlığı dəstəkləməyə və sistemləşdirməyə yardım etməlidir. Mentorlar etibarlı əməkdaşlığın qurulmasında mühüm rol oynayan səmimi ünsiyyət bacarığına malik olmalıdırlar. Mentor fərdi müəllimlərin xüsusi sinif ehtiyaclarını qarşılamaqda kömək edən əməkdaşlıq yaradan katalizator kimi fəaliyyət göstərməlidir. Bu ehtiyaclar məzmun, təlim strategiyaları, qiymətləndirmə və ya texnologiyanı aktiv və maraqlı təlim fəaliyyətinə tətbiq edilməsinə, həmçinin təlimin necə təkmilləşdirilməsi üzrə yönəlməlidir. Hər bir halda müəllim və mentor arasında əməkdaşlığın başda duran və onu formalaşdıran amili müəllim ehtiyaclarıdır. Mentorun oynadığı rolun əhəmiyyəti böyükdür. Lakin mentorun uğuru birbaşa olaraq onun bu rolu necə oynamağından irəli gəlir.

Mənim əsas məqsədim müəllimlərin fəaliyyətini müşahidə etmək, bacarıqları üzərində təkmilləşmə aparmaq , təlim texnologiyaları və tətbiqi ilə bağlı həmkarlara anında və yetərli kömək göstərmək ,həmkarlarımın ehtiyaçlarına əsasən onlarıın bacarıqlarının təkmilləşdirilməsinə xidmət etməkdir.Ona görə ki,müasir təlim texnologiyaları dərsə qədər hazırlıq prosesində müəllimin,dərsdə isə şagirdlərin fəallığını tələb edir. Müasir təlim texnologiyalarının köməkliyi ilə təlimin həm təhsilləndirici, həm inkişafetdirici, həm də tərbiyələndirici funksiyaları özünü daha qabarıq şəkildə büruzə verir və təlimin keyfiyyətinin yüksəldilməsinə səbəb olur. Buna görədə mentorluq xidmətim müddətində müəllimlərdə tədris prosesində Texnologiyalarından istifadə bacarığını möhkəmləndirmək, interaktiv lövhə (Promethean, Mimio, Smartboard və s.) texnologiyasını tətbiq mövcud olan İnformasiya edəcək, fəal təlim mühitində tədris prosesini daha maraqlı və şagirdlərin maraqlarına uyğun qurulması üçün kompüterin tətbiqi proqramları və resursların hazırlanması üçün faydalı ola biləcək digər proqramlarından istifadə etməyi öyrənir, eyni zamanda internetin tədrisdə imkanları və Veb 2.0 alətləri ilə tanış olurlar.
İKT-nin təhsildə yaratdığı imkanlar:

• Tədris prosesinin fərdiləşdirilməsi
• Şagirdlərin müstəqil fəaliyyətinin intensivləşdirilməsi
• Tədris prosesində İKT-nin tətbiqi vasitəsilə informasiyanın düzgün istifadəsinin öyrənilməsi
• Şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması
• Tədris prosesinin daha maraqlı, rəngarəng olması
• Müəllimlər üçün faydalı olan yeni təlim-tədris üsul və vasitələri axtarmaq və tətbiq etmək imkanlarının təşkil olunması
• Şagirdləri həvəsləndirmək, düzgün qiymətləndirmək üçün zəruri olan üsulların mənimsənilməsi
• Müəllimlərin peşəkar inkişafı üçün imkanların yaradılması
• 21-ci əsrin tələblərinə uyğun dərslərin hazırlanması.
Təhsildə yeni yanaşma – mentorluq xidməti | MANERA.AZ
Respublikamızda təhsil sistemində aparılan yeniliklər bu gün təhsil prosesində öz müsbət nəticəsini artıq vermişdir və ölkəmizdə təhsilin inkişafı bizdən, bizim fəaliyyətimizdən, üzərimizə düşən vəzifələri necə yerinə yetirəcəyimizdən birbaşa asılıdır. Əminəm ki, Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək, dünya təhsil sistemində öz layiqli yerini tutacaqdır.






Baxış sayı - 9 295 | Yüklənmə tarixi: 31.10.2015 12:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031