manera.az
manera.az

Onlayn İKT kurslarının üstünlüyü varmı? - MANERA.AZ

Onlayn İKT kurslarının  üstünlüyü varmı? - MANERA.AZ
manera.az
Quliyeva Xəyalə,
Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

_________________

Biz bilirik ki, Avropa Birliyi müəllimlərinin üçdə ikisi öz vaxtını İKT ilə keçirir və bu məktəblərdə şagirdlər arasında aparılan sorğu nəticəsində müsbət qarşılanmış bir hal kimi qəbul edilmişdir. Lakin bu hazırlıqlara baxmayaraq, Avropada bir çox müəllimlər öz tədrisində İKT-dən istifadə səlahiyyətinin olmaması , yaxud az olması baxımından bunu az miqdarda öz sinif otaqlarında istifadə etmək imkanına malikdirlər.

Bunları nəzərə alan bəzi özəl ictimai birliklər, təhsil sahəsində müəyyən qədər əməyi olan təşkilatlar müəllimlər üçün xüsusi onlayn özünüqiymətləndirmə alətlərindən istifadə etməklə sorğular təşkil edir. Təşkil edilmiş sorğuların nəticəsində maraq dairəsinə daha çox cavab verən sahələr üzrə layihələr hazırlanır. Bunun əsasında müəllimlər üçün onlayn kurslar təşkil olunur. İKT-dən istifadə yenilik edən müəllimlərin sayının artırılması, tədris və öyrənmə, İKT- vərdişlərini artırması , müəllimlik peşəsinin professional profil kimi gücləndirilməsi, müəllimlərin digital səlahiyyətlərinə və təlim ehtiyacları haqqında məlumat təkmilləşdirilməsinə dair mövzu sahələri bunlara misal ola bilər. Təbii ki müəllimləri motivə etmək və bu sahəyə marağı daha genişləndirmək məqsədi ilə bir neçə etablar nəzərdə tutulur. Ödənişsiz, istifadə baxımdan rahat və izah tərəfindən səlist, aydın nitqli mentorların seçilməsi belə kursların davamlılğını təmin edir və ona olan marağı artırır. Sonda iştirak etdiyi ölkədən asılı olmayaraq göndərilən onlayn sertifikat keçilmiş bir uğurlu yolun sonucu kimi dəyərləndirilə bilinər. Avropa Birliyi ölkələrində bu istiqamət artıq özünü yetərincə doğrultuğu halda, Azərbaycanda bu sahəyə maraq tam formada inkişaf etməyib. Lakin bu təlimlərin iştirakçısı olub, istifadə baxımından distant təlimin üstünlüklərin hiss edən, vaxt və zaman baxımından rahat seçim imkanına malik ola bilmək kimi müsbət tərəfləri kəşf edən hər bir müəllim gələcəkdə belə kurslara tam maraqla qoşulub iştirak edəcəyinə əminliklə söyləmək olar.
(mənbə: European Schoolnet Academy.)


Müasir təhsil texnologiyaları

Azərbaycanda təhsil sisteminin inkişaf etdirilməsi, onun dünya standartlarının
tələbləri səviyyəsinə çatdırılması fəaliyyətin daha çox iki istiqamətdə təşkili ilə
səciyyələnir. Onlardan birincisi, ölkənin daxilində təhsil sahəsində əldə olunmuş
nailiyyətlərin öyrənilib, ümumiləşdirilməsi və təhlil edilməsindən ibarət olub, ilk
növbədə təlim-tərbiyə sahəsində irəliləyişlərin mahiyyət və məzmununu
öyrənməklə təhsilin mövcud durumunu, cəmiyyətin tələb və ehtiyaclarını
müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır və vətəndaş cəmiyyətinin
formalaşdırılması istiqamətində nələrin əldə olunduğunu və gələcək üçün hansı
potensial imkanların yarandığını meydana çıxarmağa imkan verir. Ilkin
araşdırmalar göstərir ki, Respublikada istər müəllimin, istərsə də məktəbin
fəaliyyətinin cəmiyyətin tələblərinə uyğun qurulması nəticəsində şəxsiyyətin
formalaşdırılması, nailiyyətlərin qiymətləndirilməsi, eləcə də təhsilin idarə
olunması sahəsində xeyli qabaqcıl təcrübə toplanmışdır. Ona görə də həmin
materialların ümumiləşdirilərək onlardan geniş istifadə olunması təbii ki,
Azərbaycan təhsil sisteminin milli zəmində yenidən qurulması baxımından
əhəmiyyət daşıyır.

İkincisi, inkişaf etmiş xarici ölkələrin iş təcrübəsindəki mütərəqqi cəhətlərin
öyrənilib ümumiləşdirilməsi və milli-mənəvi xüsusiyyətləri nəzərə alaraq
tətbiqinin həyata keçirilməsi vacib bir məsələ olub, aktuallığı ilə seçilir. Son illərdə
Azərbaycanda bu istiqamətdə xeyli işlər görülmüşdür. Pedaqoji innovasiyalar kimi
öyrənilən bu təcrübələrin keyfiyyət göstəricisi həmin ölkənin vətəndaşlarının
ümumi inkişaf səviyyəsi ilə müəyyənləşdirilir və gənc nəsildə formalaşan həyati
bacarıqlar ümumi səviyyənin zəruri göstəriciləri kimi çıxış edir. İstər qabaqcıl təcrübənin, istərsə də xarici ölkələrin təhsil sahəsindəki
innovasiyaların öyrənilməsi məqsədilə sistemli və ardıcıl pedaqoji araşdırmaların
aparılması vacib hesab edilməlidir. Bu təcrüələrin hər birinin müasirliyini,
səmərəliliyini şərtləndirən keyfiyyətin müəyynləşdirilməsinə, onların yeni şəraitdə
forma və məzmun cəhətdən yeniləşdirilərək tətbiq olunmasına üstünlük
verilməlidir.

Pedaqoji texnologiyalar mahiyyət etibarı ilə təlim-tərbiyə prosesinin
layihələşdirilməsinin sistemli metodu kimi səciyyələndirilir. Pedaqoji texnologiya
prosessual kateqoriya kimi bilavasitə müəllimin və şagirdin fəaliyyəti ilə, təlim və
tərbiyənin strukturu, vasitələri, metodları və s. ilə bağlıdır. Pedaqoji texnologiyada
təlim və tərbiyə prosesinin ayrı-ayrı vəzifələri – məqsədyönlülüyü və optimallığı
müəyyən edilir, bütün metodik vasitələr kompleks şəkildə dəyərləndirilir, onların
təhsilin məzmununa, şagird kontingentinin səviyyəsinə və pedaqoji
texnologiyaların nəticələrinə nə dərəcədə adekvat və məzmunca səmərəli olması
açıqlanır. Bu mənada da təlim-tərbiyə prosesində pedaqoji texnologiyaların
nəticələrinin nə dərəcədə səmərəli olması başlıca meyar hesab olunur.
Müasir təlim texnologiyaları dərsə qədər hazırlıq prosesində müəllimin,
dərsdə isə şagirdlərin fəallığını tələb edir. Müasir təlim texnologiyalarının
köməkliyi ilə təlimin həm təhsilləndirici, həm inkişafetdirici, həm də
tərbiyələndirici funksiyaları özünü daha qabarıq şəkildə büruzə verir və təlimin
keyfiyyətinin yüksəldilməsinə səbəb olur.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031