Təhsil Problemləri İnstitutundan uğurlu layihə - MANERA.AZ
![]()
manera.az
29 oktyabr 2015-ci il tarixdə institutun rəhbərliyi ilə “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninqin həyata keçirilməsində iştirak edən müdavimlərin görüşü keçirildi.
MANERA.AZ xəbər verir ki, giriş sözü ilə çıxış edən institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bildirib ki, “Fəaliyyət Planı”nın icrası üzrə Təhsil Nazirliyinin “Tədbirlər Planı”nında öz əksini tapmış onlarla tədbirin icrasında ARTPİ əsas icraçı qismində iştirak edir.
Yığıncaqda bildirilib ki, bu tədbirlərdən biri də təhsilin bütün pillələri üzrə milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaqdır.
![]()
Qulu müəllim bildirdi ki, strategiyanın tədbirlər planının 2.1.1.6. bəndinin həyata keçirilməsi üçün seminar - treninqin təlim proqramı və müdavimlərin siyahısı hazırlanmış, peşəkar təlimçi heyəti təşkil olunmuşdur. “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninqin proqramı bütün təhsil pillələri üzrə seçilmiş pedaqoji kadrlar üçün innovativ təlim metodologiyasının, təlimin məzmununun və müvafiq resursların yaradılması sahəsində bilik və bacarıqların formalaşdırılmasını təmin edəcək 60 saatlıq seminar-treninqin ümumi məzmununu özündə əks etdirir. Bu proqrama əsasən, hər bir təhsil pilləsi üzrə müvafiq məzmun nəzərdə tutulur.
Seminar-treninqin birinci ongünlük kurs 26 oktyabr -06 noyabr tarixlərində keçirilir. Noyabr və dekabr aylarında peşə, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji kadrları üçün seminar-treninqlər planlaşdırılır. Birinci ongünlükdə iştirak edəcək məktəbəqədər və ümumtəhsil pilləsinin pedaqoji kadrları üçün təşkil olunan seminar-treninqin məzmununa təhsil sistemində innovativ proseslərin idarə olunması metodologiyası, pedaqoji innovasiyalar, innovasiyaların tətbiqi zamanı yaranan pedaqoji və psixoloji problemlərin aradan qaldırılması üçün yeni metodik vəsaitlərin hazırlanması, müasir təlim texnologiyalarından istifadənin metod və vasitələri, innovativ metodiki resursların, elektron dərsliklərin yaradılması və vəsaitlərin hazırlanmasına verilən tələblər, müəllimlər, valideynlər, şagirdlər üçün informativ və maarifləndirici vəsaitlərin hazırlanması və s. daxildir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin 2015-ci il üçün tədbirlər planına əsasən, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu tərəfindən “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninqin təşkil edilməsi məqsədilə geniş tərkibdə təlimçi heyəti yaradılmışdır. Seminar - treninqin məşgələlərini institutun nüfuzlu alim-təlimçilərdən ibarət komandası tərəfindən aparır.
1. Ənvər Abbasov - ped.üzrə f.dok.
2. İntiqam Cəbrayılov- p.e.d., şöbə müdiri
3. Piralı Əliyev -p.e.d., şöbə müdiri
4. Elxan Bəylərov -psix.e.d., şöbə müdiri
5. Afaq Əliyeva -şöbə müdiri
6. Asif hacıyev - ped.üzrə f.dok., şöbə müdiri
7. Riza Xəlilov- ped.üzrə f.dok
8. Bibixanım İbadova - ped.üzrə f.dok., şöbə müdiri
9. İlham Cavadov - ped.üzrə f.dok., şöbə müdiri
10. Laləzar Cəfərova - ped.üzrə f.dok., şöbə müdiri
11. Fərid Süleymanov - aparıcı elmi işçi
12. Vüsal Qasımov - böyük elmi işçi
Seminar treninqlər institutun Əlavə təhsilin kurikulumu şöbəsinin təşkilatçılığı ilə keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.