manera.az
manera.az

Təhsilin inkişafı istiqamətində yeni addım MANERA.AZ

Təhsilin inkişafı istiqamətində yeni addım MANERA.AZ

“İstək” liseyinin müəllimləri bütün fənnlər üzrə kurikulum sertifikatı ilə təltif olunub!

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu tərəfindən təlim nəticələrinə görə Respublikamızda milli təhsil brendi kimi imic qazanmış “İstək” liseyinin 250 müəllimi Yeni Təhsil Proqramları (kurikulumları) üzrə sertifikatla təltif olunmuşdur. Sertifikatlar bütün fənlər üzrə 60 saatlıq təlim proqramı əsasında təqdim olunub. Qeyd edək ki, İstək liseyinin pedaqoji kollektivinə 2015/2016-cı tədris ili başlamadan öncə Quba şəhərində Təhsil Problemləri İnstitutunun professor, müəllim, qabaqcıl öyrədənləri tərəfindən Yeni Təhsil Proqramları (kurikulumları) üzrə təlimlər keçirilmişdir.

Dünən keçirilən təltifolunma mərasimi Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Qulu Novruzov, “İstək” liseyinin icraçı direktoru Anar Məmmədov və liseyin idarə heyətinin iştirakı ilə baş tutub. Təltifolunma mərasimi başa çatdıqdan sonra tərəflər arasında görüş keçirilib. Görüşdə, tərəflər arasında əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi, perspektiv planlaşdırma, Təhsil Strategiyasının tələblərinə uyğun layihələrin icrası əsas prioritet məsələlərdən biri oldu.

Məlumat üçün qeyd edək ki, “İstək” liseyində tədris prosesi 20 ildən artıq peşəkar pedaqoji təcrübəyə malik yerli və xarici müəllimlər tərəfindən beynəlxalq və Dövlət təhsil proqramları tətbiq olunmaqla aparılır. Lisey il ərzində fasiləsiz olaraq bütün pedaqoji heyətinin təkmilləşdirmə proqramlarında iştirakını təmin edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin davamlı inkişafa doğru həyata keçirdiyi uğurlu siyasətin nəticəsi kimi 2013-cü il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər zamanın tələblərinə uyğun olaraq həyata keçirilir.

Qulu Novruzov Təhsil Problemləri İnstitutuna direktor təyin olunduqdan sonra institutun fəaliyyətinin daha da genişləndirilməsinə və buradakı kadrların potensialından daha səmərəli istifadə edilməsinə başlamışdır. İnstitutun Təhsil Texnologiyaları Mərkəzinin irəli sürdüyü və Beynəlxalq təhsil sisteminə inteqrasiya xarakteri daşıyan çoxsaylı layihələri, məktəbəqədər və ümumtəhsil müəssisələrin təhsil işçiləri üçün gərəkli metodiki vəsaitlərinin hazırlanmasını buna misal çəkmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930