manera.az
manera.az

Maestro Niyazinin xatirəsi anılacaq | MANERA.AZ

📅 18.08.2015 11:17

Maestro Niyazinin xatirəsi anılacaq  | MANERA.AZ
Avqustun 20-də xalq artisti, dövlət və beynəlxalq mükafatlar laureatı, maestro Niyazinin anadan olmasının 103 illiyi tamam olur.

Bu münasibətlə avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə sənətkarın mənzil muzeyində tədbir təşkil olunacaq. Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Ülviyə Hacıbəyovanın və gənc vokalist Aydan Quliyevanın repertuarında sənətkarın klassik əsərlərindən ibarət musiqi nömrələri səsləndiriləcək. Həmçinin sənətkar haqda çəkilmiş "Rast. Niyazi" sənədli televiziya filmi nümayiş olunacaq.

Qeyd edək ki, dövlət sifarişi ilə "Debüt" studiyasında çəkilmiş filmin rejissoru Nonna Müzəffərova, ssenari müəllifi İntiqam Qasımzadə, operatoru Yuri Varnovski, icraçı prodüseri Əlibala Rəhimov, bədii rəhbəri isə Eldar Quliyevdir.


Baxış sayı - 1 646 | Yüklənmə tarixi: 18.08.2015 11:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930