manera.az
manera.az

Görkəmli sənətkar Niyaziyə həsr edilmiş xatirə gecəsi |MANERA.AZ

Görkəmli sənətkar Niyaziyə həsr edilmiş xatirə gecəsi |MANERA.AZ
Avqustun 5-də xalq artisti, dövlət və beynəlxalq mükafatlar laureatı maestro Niyaziyə həsr olunmuş xatirə gecəsi keçirilib.

Tədbir tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə görkəmli sənətkarın mənzil-muzeyində təşkil edilib.

Əvvəlcə muzeyin arxiv materialları əsasında hazırlanmış, Niyazinin yaradıcılığını əks etdirən sənədli film nümayiş olunub.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar incəsənət xadimi Alla Bayramova Niyazinin dünya musiqi mədəniyyətinə töhfələrindən, zəngin yaradıcılıq irsinin əhəmiyyətindən, professional dirijorluq fəaliyyətindən söz açıb.

Niyazinin mənzil-muzeyinin şöbə müdiri Xanım Abdinova, əməkdar incəsənət xadimi, bəstəkar Azər Dadaşov və başqaları sənətkarın ilk simfonik əsərlərin müəlliflərindən olmasından, onun milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rolundan, Niyazinin Azərbaycanın musiqi mədəniyyəti tarixindəki xidmətlərindən bəhs ediblər.

Sonda tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, bəstəkar Ülviyyə Hacıbəyova və əməkdar incəsənət xadimi, bəstəkar Azər Dadaşovun təqdimatında Niyazinin klassik musiqi əsərlərindən ibarət konsert proqramı ilə davam edib./ AzərTACБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930