manera.az
manera.az

Müəllimlər geyimlərinin fərqində deyillər - MANERA.AZ

Müəllimlər geyimlərinin fərqində deyillər - MANERA.AZ



Belə vəziyyət təhsilin keyfiyyətinə necə təsir edir?

Ölkənin ümumtəhsil müəssisələrində vahid məktəbli formasına keçiddən sonra müəllimlər üçün də vahid geyimin tətbiqi məsələsi gündəmə gətirilsə də, bu məsələ hələ də reallaşmayıb. Əslində bunun reallaşmasından ötrü heç aidiyyati qurumlar sanballı təşəbbüslə də çıxış etmədilər.

Əvəzində prosesin reallaşmasına əngəl törədən əcaib əsaslar gətirildi. Ancaq etiraf edilməlidir ki, dünyanın əksər ölkələrində müəllimlərin vahid forması var və bu özünü doğrultmaqdadır. Ən azından vahid forma nizam-intizam daşıyıcısı olmaqla yanaşı, müəllim məsuliyyətini artırmış olur. Məlumat üçün qeyd edək ki, Bakı Tikiş Evinin hazırladığı müəllim geyimi eskizlərinə təhsil müəssisələri və müəllimlərdən xüsusi diqqət olmadığından qurum bu istiqamətdə fəaliyyəti dayandırıb. BTE-dən bildirilib ki, eskizlər hazırlanaraq Zaqatala Müəllimlər İnstitutu üçün geyim istehsal olunub. Ancaq başqa təhsil müəssisələrinin nümayəndələri məsələ ilə maraqlanmayıblar. Nəticədə proses dayandırıllıb. Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, paytaxtın 10 məktəbi artıq vahid müəllim formasına keçib. Bu təşəbbüs Bakı Şəhər Təhsil İdarəsi tərəfindən irəli sürülüb və bir çox məktəblər tərəfindən müsbət qarşılanıb. Ancaq vahid müəllim formasına keçmək məcburi xarakter daşımır. Ancaq etiraf edilməlidir ki, hazırki şəraitdə müəllimlərin geyim tərzi vahid müəllim formasına keçidi labüd edir. Əks halda müəllim və müəllimələr elə geyimlərdən istifadə edirlər ki, bilinmir o, məktəbə gedir, yoxsa ziyafətə. Təbii ki, belə vəziyyət həm dərs prosesinə, həm də şagirdlərin düşüncə tərzinə mənfi təsir edir.

Düzdür, müəllimlərin vahid formaya keçməsi ilə bağlı konkret vaxt müəyyənləşməyib. Üstəlik bu, məcburi xarakter də daşımır. Sadəcə, şagirdlərin vahid forma geyinməsindən ilhamlanan bəzi məktəblərin müəllimləri vahid forma eşqinə düşdülər. Lakin proses yarı yolda qaldı. Məhz bunun nəticəsidir ki, sosial şəbəkələrdə müəllimlərin qeyri-adi geyimləri nümayiş etdirilir ki, bu da insanlarda təəssüf hissi yaradır. Belə ki, sosial şəbəkə saytlarında azərbaycanlı orta məktəb müəlliminin biabırçı şəkili yayılıb. Fotodan məlum olur ki, qadın müəllim geyindiyi koftanın üzərində nə yazıldığının fərqində deyil. Buna görə də o, “SEX GOP” yazılmış kofta ilə şagirdlərin qarşısına çıxıb. Lakin, müəllimdən fərqli olaraq şagirdləri əslində nə baş verdiyinin fərqindədirlər. Nəticədə müəllimin gizli görüntülərini çəkərək sosial şəbəkə saytlarında yayıblar. Koftanın üzərində diqqət çəkən iki söz var: “Sex” və “GOP”. “Sex” sözünü ingiliscədən çevirəndə bizim bildiyim seks sözü edir. GOP isə çox güman ki, “The Grand Old Party” mənasındadır, yəni Respublikaçılar Partiyası. Fotonun rayon, yaxud Bakı məktəblərindən birində çəkilməsi barədə heç bir məlumat verilmir. Məsələ orasındadır ki, ölkənin ən nüfuzlu universitetini bitirən, illərlə müəllim vəzifəsində çalışan şəxs əyninə geyindiyi paltarın üzərində nə yazılmasının fərqində deyil. Bəlkə də heç bu sözün mənasını belə anlamır. Müəllimlərin geyindikləri paltarların eyibləri bununla tamamlanmır. Belə ki, bir çox qadın müəllimlər sinəsi açıq, ətəyi dizdən yuxarı geyimə üstünlük verirlər ki, bu da həm şagirdlərin əyləncə vasitəsinə çevrilir, həm də müəllim hörmətdən düşmüş olur. Nəzərə almaq lazımdır ki, indiki şagirdlərimiz kifayət qədər informasiyalıdırlar, dünyagörüşləri isə genişdir. Bunu şagirdlərin özlərinin sosial şəbəkələrdə paylaşdıqları informasiyalar da təsdiq edir. Məsələn, təxminən sentyabrın 15-16-da yeni tədris ili başlayar-başlamaz şagirdlər belə bir status paylaşmışdılar. Deməli, cavan və sinəsi nəzərəçarpacaq dərəcədə açıq olan müəllimənin şəklinin altında belə status yazılmışdı: “Telefonları yığışdırın, diqqətiniz məndə olsun”.

Təhsil üzrə ekspertlər hesab edirlər ki, təhsildə yeni yanaşmaların həyata keçirilməsi, tətbiqi gündəmdə olmalıdır. O baxımdan, müəllimin forma geyib-geyməməsi bu gün elə də aktual deyil. Əsas odur ki, müəllim səliqəli geyinsin. Xüsusən də qadın müəllimələrin geyim baxımından etik qaydalara riayət etmələri çox vacibdir. Yoxsa, bəziləri kimi, sinəsi açıq, bütün briliyantları taxmaq düzgün deyil. O cür müəllimlər fikirləşirlər ki, guya yaxşı geyinirlər, amma o geyim mədəniyyəti deyil. Vahid formadansa kişi müəllimlər səliqəli geyinsələr, bunun özü yüksək göstəricidir. Pedaqoq Nuriyyə Səlif bildirib ki, hazırda çalışdığı məktəbdə müəllimlərin vahid forması tətbiq olunmayıb. Lakin buna baxmayaraq müəllimlərin geyimi məktəb rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır. Düşünürəm ki, müəllim geyimi, davranışı ilə hər bir şəxsə örnək olmalıdır. Biz məktəbdə müəllimlərin vahid forması ilə bağlı müxtəlif müzakirələr aparırıq və bu məsələ ilə bağlı hazırlıq dövründəyik: “Bildiyiniz kimi, bu məsələyə bir az da həssas yanaşmaq lazımdır. Çünki vahid formaya keçid məcburi deyil və pedaqoji kollektivin istəkləri ön planda tutulmalıdır. Lakin mən bunun tərəfdarıyam və müəllimlərimizin də demək olar ki, böyük əksəriyyəti vahid formaya keçməyi istəyirlər. Müasirliyi və klassikanı özündə əks etdirən bir forma seçməyi planlaşdırırıq. Məncə vahid forma müəllimlərdə öz peşələrinə qarşı əlavə stimul yaradar. Bu, şagirdlərin müəllimə qarşı olan hörmət və ehtiramını daha da artırar. Həm də müəllimlər maddi cəhətdən də böyük bir yükdən azad olarlar. Fikrimcə, hər bir məktəbin özünün xüsusi forması olsa daha yaxşı olar. Müəllimlər öz işlədikləri məktəblərə görə fərqlənsələr rəngarənglik olar”. Müəllimə Şəmsiyyə Namazova da müəllimlərin vahid forma geyinməsini müsbət dəyərləndirib: “Şəxsən mən buna müsbət yanaşıram və vahid geyimin tərəfdarıyam. Ona görə ki, vahid geyim forması müəllimin şagirdlər arasında imicinin daha da güclənməsinə xidmət edir.

Eyni zamanda, bunun digər müsbət tərəfləri də var. Məsələ ondadır ki, müəllimlər də şagirdlər kimi eyni imkana malik deyil. Elə müəllim var ki, məktəbə gündə bir paltar geyməyə imkanı yoxdur. Bəzən bu amil müəllimdə kompleks yaradır, şagirdlər arasında sıxılır. O da ola bilər ki, müəllim dəbdəbəli paltar geydiyi üçün şagirdlərin dərsə olan diqqəti yayınsın. Bütün bu və buna bənzər digər problemlərin aradan qaldırılması baxımından müəllimlər üçün vahid geyim formasının tətbiqinin tərəfdarıyam. Müəllim vahid geyim formasında sinfə girsə, şagirdlər qarşısında yaxşı görsənər. O baxımdan, müəllimlərin hamısının eyni geyim formasında olması yaxşı haldır”. Hələlik isə görünən ondan ibarətdir ki, müəllimlər vahid forma arzusunda deyillər, Təhsil Nazirliyinin isə gündəmində belə məsələ yoxdur. / Olaylar

Alim
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031