manera.az
manera.az

Bakı-2015 Birinci Uşaq-Universiteti - LAYIHƏ | MANERA.AZ

Bakı-2015 Birinci Uşaq-Universiteti - LAYIHƏ  | MANERA.AZ

“Uşaq-Universiteti” (Kinder-Universität) 2002-ci ildən 50-dən çox universitet və peşə məktəblərində həyata keçirilən peşə istiqamətli ali təhsil layihələrdəndir. “Uşaq-Universitetləri” Almaniya, Avstraliya, İngiltərə, İsveçrə, İtaliya, Slovakiya, Kolumbiya, Lixtenşteyn kimi dövlətlərin ali məktəblərində həyata keçirilir. Məqsəd kiçik yaşlı uşaqları, şagirdləri elmə həvəsləndirmək, eyni zamanda ali məktəblərdə biliklərin ötürülməsinə daha çox diqqət ayırmaqdır. Artıq bu layihənin Azərbaycan universitetlərində də rellaşdırılması istiqamətində işlər aparıldı. Bununla əlaqədar olaraq ilk dəfə Bakı Slavyan Universitetinin (BSU) Alman filologiyası və Azərbaycan Dillər Universitetinin (ADU) Alman dili kafedraları “Bakı-2015 Birinci Uşaq-Universiteti” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq çərçivəsində işə başladılar. “Bakı-2015 Birinci Uşaq-Universiteti”nin həyata keçirilməsi ideyasını Almaniya Federativ Respublikasının xarici məktəblər üzrə mərkəzinin Azərbaycandakı təmsilçisi, Almaniyanın Azərbaycandakı səfirliyinin “Alman dili xarici dil kimi” bölümünün koordinatoru Aleksander Eşer tərəfindən irəli sürülmüşdür.

Bu layihənin həyata keçməsində BSU-nun rektoru, professor Asif Hacıyev və ADU-nun rektoru, professor Səməd Seyidov tərəfindən böyük dəstək göstərilmişdir.

BSU-nun Mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, oktyabrın 1-də sözügedən layihənin BSU-nun Vilhelm fon Humboldt adın Tədris və Mədəniyyət Mərkəzində açılışı olub. Açılışda Aleksander Eşer, BSU nəzdində Məktəb-Lisey Kompleksinin direktoru, dosent İlahə Carçıyeva, Filologiya fakültəsinin dekanı prof. Zemfira Vəliyeva, Alman filologiyası kafedrasını müdiri dosent Sevinc Rzayeva, ADU-nun Alman dili kafedrasının müdiri dosent Elxan Yusifov və hər iki universitetin müəllim və tələbə heyəti iştirak ediblər.

1-2 oktyabrda “Bakı-2015 Birinci Uşaq-Universiteti”n reallaşdırılması üçün BSU-nun Məktəb-Lisey Kompleksinin və 18, 23, 160, məktəblərin şagirdlərinə, BSU və ADU-nun Alman dili müəllimliyi ixtisası üzrə təhsil alan tələblərinə Almaniyadan dəvət olunmuş peşəkar metodist dr. Anja Centeno tərəfindən metodik-didaktik seminar keçiriləcək. Tələbələr metodik-didaktik seminarlardan sonra dekabr ayının əvvəlində müasir metodik-didaktik prinsiplərə əsaslanan layihənin reallaşdırılmasına tam hazır olacaqlar. Dekabr ayında isə layihə üçün seçilmiş tələbələr müəllim qismində məktəb şagirdlərinə ali məktəb proqramı çərçivəsində dərslər keçəcəklər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031