manera.az
manera.az

Rus dilli tələbələr üçün "Pedaqogika" dərsliyi | MANERA.AZ

Rus dilli tələbələr üçün "Pedaqogika" dərsliyi | MANERA.AZ

Azərbaycan ali məktəblərində təhsil alan rus qrupları üçün ilk dəfə "Pedaqogika" dərsliyi çap edilib.

İndiyə qədər tələbələr Rusiyanın pedaqogika dərsliklərindən istifadə edirdilər. İndi isə Milli kadrımız Pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadə və dos. Tariyel Məmmədov tərəfindən ADPU- nəşriyyatında belə dəyərli bir dərslik nəşr edilib.

Dərsliyin redaktoru, prof. Ləzifə Qasımovadır. Rəyçiləri prof. Hikmət Əlizadə, prof. Akif Abbasov, prof. Məcid İsmixanovdur.

Kitab pedaqoji təmayüllü ali məktəblərin və müəllim kadrları hazırlayan fakültələrin bakalavr təhsil pilləsi üçün nəzərdə tutulub.

Dərslik dörd hissədən ibarətdir:

1. Pedaqogikanın ümumi əsasları;
2.Təlim və tərbiyə (Didaktika);
3. Tərbiyə;
4. Məktəbşünaslıq.


Hər bölmə dolğun, məzmunlu yazılmışdır. Hər mövzunun əvvəlində plan verilmiş, sonunda ədəbiyyat siyahısı, sual və tapşırıqlar yer alıb.

Qeyd edim ki, dərslik yeniliklərlə zəngindir. Yeni pedaqoqji texnologiyalar, innovasiyalar, Yeni təlim metodları, fəal və intearktiv metodlar, habelə distant təhsil, virtual təhsil, konstruktiv təhsil, inklyuziv təhsil, Sinergetik təhsil, Sinektika və s. bu kimi yeniliklər ilk dəfədir ki, pedaqogika dərsliyində özünə yer tutub.

Dərslikdə Azərbaycan pedaqoji fikrinə də xüsusi yer ayrılıb. Belə ki, pedaqoji elmin inkişafında, yetişən gənc nəslin təlimi və tərbiyəsi haqqında, Azərbaycan məktəbinin inkişafında görkəmli Azərbaycan pedaqoqların, tanınmış şəxsiyyətlərin fikirləri, elmi-nəzəri ideyaları dərslikdə öz əksini tapıb. Bu da rus təhsillilər üçün çox mühümdür.

Dərslik çox sadə bir dillə, oxunaqlı şəkildə, gözəl dizaynla hazırlanıb.

İnanırıq ki, bu dərslkidən nəinki rus təhsilli tələbərimiz, rus dilli qruplarımız faydalanacaq , həmçinin ana dilində təhsil alan azərbaycanlı tələbələr də, müəllim və pedaqoqlar da , pedaqgika üzrə tədqiqatçılar da faydalanacaqlar.

ŞƏHLA
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI