manera.az
manera.az

100 yaşlı şairin yubileyi keçiriləcək

📅 10.02.2020 15:45

100 yaşlı şairin yubileyi keçiriləcək
Fevralın 13-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın “Şöhrət” ordenli ziyalısı Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş sazlı-sözlü gecə keçiriləcək.

Manera.az xəbər verir ki, gecədə tanınmış ziyalılar Dünyamalı Kərəmin yaradıcılığı ilə bağlı fikirlərini bölüşəcək, görkəmli el aşıqlarının ifaları təqdim olunacaq.

Yubilyarın doğulduğu Borçalı qəzasının Qoçulu kəndində keçən uşaqlıq dövründən, poeziyasından, uzunömürlülüyün sirrindən agah olmaq istəyən bütün saz-söz həvəskarları Beynəlxalq Muğam Mərkəzində şairlə görüşə dəvət olunur.

Qeyd edək ki, BMM-in “Aşıq musiqisi axşamları” layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

100 yaşlı şairin yubileyi keçiriləcək


Baxış sayı - 583 | Yüklənmə tarixi: 10.02.2020 15:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031