manera.az
manera.az

“Ustadlara sayğı gecəsi” olacaq | MANERA.AZ

📅 28.11.2016 16:58

“Ustadlara sayğı gecəsi”  olacaq | MANERA.AZ
Dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində “Ustadlara sayğı gecəsi” adlı sazlı-sözlü tədbir təşkil olunacaq.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Yunis Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək gecədə əsrlərdən miras qalan və ruhumuzu oxşayan müxtəlif saz ifaları və muğamımız səslənəcək.

Konsert proqramında Türkiyənin tanınmış solisti Armağan Elçin və Əməkdar Artist, xanəndə Elnarə Abdullayevanın ifasında hər iki ölkənin xalq mahnıları da təqdim olunacaq.
“Ustadlara sayğı gecəsi”  olacaq | MANERA.AZ


Baxış sayı - 1 591 | Yüklənmə tarixi: 28.11.2016 16:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930