manera.az
manera.az

AYB-də 100 yaşlı şairin yubileyi keçirilib

AYB-də 100 yaşlı şairin yubileyi keçirilib
Yanvarın 17-də tanınmış şair-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Dünyamalı Kərəmin anadan olmasının100 illiyi ilə əlaqədar olaraq yubley tədbiri keçirilib.

Manera.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyində baş tutan tədbirdə ziyalılar, ədəbiyyatsevərlər, media nümayəndələri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi açıb. İlqar Fəhmi şairin yaradıcılığı haqqında qonaqlara məlumat verib:
AYB-də 100 yaşlı şairin yubileyi keçirilib
“Dünyamalı müəllimin 1930-cu illərdən, 2000-ci illərə kimi yazdığı şeirlərə nəzər saldıqda görürsən ki, hər dövr üçün bir rəngarənglik yaradıb. Düşünürəm ki, yaradıcı insan hansı yaşda olmasına baxmayaraq, yaşadığı dövrün zamanını və nəbzini tutmağı bacarmalıdır. Mən çox sevinirəm ki, tədbirin açılış mərasimi mənim öhdəmə verildi. Bu tədbir mənim öz həyat bioqrafiyamda unudulmaz bir xatirəyə çevrildi”.

Əməkdar mədəniyyət işçisi, folklorşünas Elxan Məmmədli, şairə Fəridə LəmanSüdabə İrəvanlı yubilyarın yaradıcılığından danışıblar. Bildirilib ki, Dünyamalı Kərəm yaradıcılığı ilə, sanki iki ölkə arasında körpü rolunu oynayıb.

Tədbirin sonunda söz yubliyara verilib. Şair Dünyamalı Kərəm doğulduğu Borçalı qəzasının Qoçulu kəndində keçən uşaqlıq dövründən, ali təhsil almağından, poeziyasından qonaqlara danışaraq, uzunömürlülüyün sirrini də açıb.

“Hər səhər yerimdən qalxanda 1 stəkan su içirəm, yüz yaşım olmağına baxmayaraq idman edirəm. Həyətimizdəki ağaclara qulluq edirəm, tənək artdayıram. Çalışıram ki, isti çörək yeməyim. Hər səhər isə şirin çay içirəm. Ailədə isə həmişə səmimi olmuşam ”, - deyə 100 yaşlı şair bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930