manera.az
manera.az

Bu gün “Şairlər günü” qeyd olunur... - MANERA

Bu gün “Şairlər günü” qeyd olunur... - MANERA

Manera 5 iyun Mikayıl Müşfiqin və Vagif Səmədoğlunun doğum günüdür.

Bu gün həm də artıq 5-ci ildir ki, Azərbaycanda “Şairlər günü” kimi qeyd olunur.


"Şairlər günü"nün bayram kimi təqvimə salınması şair Xəyal Rzanın təşəbbüsüdür. Hər il "Şairlər günü" xüsusi təm-təraqla keçirilir. Tədbirə müxtəlif ölkələrdən - Türkiyə, Özbəkistan, Qırğızıstan, İran, Rusiya, Gürcüstandan qonaqlar dəvət olunur.

Bu gün keçiriləcək tədbirlə bağlı tədbirin təşkilatçısı Xəyal Rza bildirib ki, bu ilki "Şairlər Günü"ndə Ukraynadan tanınmış radio aparıcısı Konstantin Doroşenko, Gürcüstandan görkəmli yazıçı Givi Alxazişvili, Türkiyədən İLESAM – Türkiye Elm və Ədəbiyat Sahibləri Məslək Birliyinin başqanı Mehmet Nuri Parmaksız, Rusiyadan, AYB Moskva bölməsinin məsul katibi, şair - Afaq Şıxlı, Özbəkistanın “Kitab Dünyası” qəzetinin baş redaktoru, “Şöhrət” ordenli şair Xasiyyət Rüstəm, Tatarıstan Yazıçılar Birliyin üzvü, şair-publisist Fanil Ganji, tanınmış İran şairi Məhəmməd Riza Cəfəri, Dünya Türk Gənclər Birliyi başqanı Əkrəm Abdullayev, Türkiyə Cümhuriyyəti, Kocaeli Şairlər və Yazarlar Birliyinin qurucu başqanı Alptəkin Cevhərli, Quzey Kıprıs Türk Cümhuriyyəti, araşdırmaçı-yazar Züleyxa Karaman, Özbəkistan Dövlət Şərq Universitetinin dosenti Dış Basın Birliyi başqanı, Aygül Suyunova, Qırğız Yazıçılar Birliyinin üzvü, şair-publisist Ayjarkın Ergeşova, Makedoniya parlamentinin üzvü, araşdırmaçı-yazar Enes İbrahim və başqaları iştirakı nəzərdə tutulub. Tədbirdən öncə Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarət olunandan sonra, Müşfiqin nəşi uyuyan Xəzər dənizinə qırmızı qərənfillər səpilərək şair yad ediləcək.

Qeyd edək ki, bu il "Şairlər günü" mərhum şairimiz Nurəngiz Nurun əziz xatirəsinə həsr olunacaq.

Tədbir saat 19:00-da, Beynəlxalq Muğam Mərkəzində keçirələcək.

Xanım Aydın
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031