“Muğam qəsri” kitabı təqdim olunub | MANERA.AZ
![]()
Oktyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində növbəti muğam məclisi keçirilib.
MANERA.AZ xəbər verir ki, tədbirdə yazıçı, publisist Saminə Hidayətqızının “Muğam qəsri” kitabının təqdimatı olub.
Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev və başqaları kitabın məziyyətlərindən danışıblar.
Bildirilib ki, muğamlarla bağlı düşüncələrin əks olunduğu bu kitab muğam ifaçılarına və muğamsevərlərə bir ərməğandır, milli musiqimizin inkişafıma töhfədir.
Muğam məclisində xanəndələrin çıxışları bir-birini əvəz edib.
Qeyd edək ki, “Muğam qəsri” ensiklopedik toplusu Saminə Hidayətqızının müəllifi olduğu “Göy qurşağı” layihəsi çərçivəsində təqdim edəcəyi yeddi bədii-publisistik nəşrdən ikincisidir.
Kitabda muğamın tarixinə tədqiqat baxımından yanaşılıb, qədim dövrlərdən üzü bəri klassik muğam bilicilərinin yaradıcılığı, onların həyat yolu araşdırılıb.
Toplu musiqi sahəsində təhsil alan tələbələr, muğam həvəskarları, tədqiqatçılar, eləcə də kütləvi oxucular üçün nəzərdə tutulub.![]()
![]()