“Savadlı gələcək savadlı anadan keçir” - Qənirə Paşayeva /MANERA.AZ
![]()
Millət vəkili Qənirə Paşayeva Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzində fəal azərbaycanlı gənclərlə görüşüb.
Millət vəkili gəncləri erkən nikahlar problemi ilə bağlı mübarizədə maariflənmənin önündə görmək istədiyini də dilə gətirib. “Savadlı gələcək savadlı anadan keçir” deyən millət vəkili Qənirə Paşayeva gənclər arasında artan siqaretdən istiqadə, narkomaniya, alkoqolizm, qumar oyunlarına meyillik kimi zərərli vərdişlərlə mübarizədə də savadlı və fəal gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyərək onları bu istiqamətdə daha fəal olmağa çağırıb. Millət vəkili gəncləri Gürcüstan cəmiyyətinə daha fəal inteqrasiya etməyə çağırıb. Bununla yanaşı tariximizi, mədəniyyətimizi və Qarabağ həqiqətlərini də dərindən öyrənərək həm vətəndaşı olduqları dövlətdə, həm də getdikləri hər yerdə yüksək səviyyədə təqdim və təbliq etməyə səsləyib.