manera.az
manera.az

Mirzə Cəlili anlamadıq... | MANERA.AZ

Mirzə Cəlili anlamadıq... | MANERA.AZ
manera.az
TALEH EMİNOĞLU yazır...

Bu yaxınlarda Mirzə Cəlilin "Ölülər"ini yenidən oxumalı oldum. Ümumiyyətcə bir kitabı müəyyən zamanla təkrar oxumaqdan zövq alıram çünki birinci oxu zamanı görə və duya bilmədiklərimi sonradan duya və görə bilirəm. Bu dəfə də elə oldu. Əsəri bitirəndən sonra düşündüm ki, nə zamana qədər Kefli İsgəndər bu toplumun "sərkərdəsi" olacaq?! Şeyx Nəsrullahlara qarşı Kefli İsgəndər vasitəsilə savaş açdıq, onları islah etməyə, insanlara əsl üzlərini göstərməyə çalışdıq. Bu nə qədər alındı onu deməyəcəm çünki özünüz görürsünüz.

Zaman keçsə də biz hələ də "Şeyx Nəsrullah"lara qarşı "Kefli İsgəndər"lər vasitəsilə mübarizə aparırıq. Xürafat banisi, bicliyi hədd tanımayan Şeyx Nəsrullaha qarşı hələ də savadlı amma əlindən bir iş gəlməyən, gününü içməklə keçirən Kefli İsgəndərlə savaşırıq. Biz onu bir kult kimi qəbul etmişik. Sanki o bizim xilaskarımızdı. Sonrada deyirik ki, niyə cəmiyyətimiz bu günə düşüb?! Başqa nə gözləmək olardı axı?! Biz dərk edə bilmirik ki, Kefli İsgəndər elə Şeyx Nəsrullah qədər təhlükəlidir bu millətə. Savadlı, dünya görüşlü bir insanın başqalarını dəyişdirmək əvəzinə içməsi, zamanını boşuna keçirməsi xürafatdan, din adı ilə insanları aldatmaqdan daha betərdi. Çünki o yolun sonu Şeyx Nəsrullahda bitir.

Deyə bilərsiz ki, axı İsgəndər neyləsin insanlar onu qəbul etmirdi, sözünə qulaq asmırdı, kafir adlandırırdı?! Düzdü. Sizinlə razıyam. Ama gəlin başqa bir baxış bucağından da baxaq; Şeyx Nəsrullah xürafatçı ola, insaları aldada bilər, amma o eyni zamanda insanları rahatlada da bilir. Onun "hoqqalarına" camaat inanır çünki o tanrının adından çıxış edir. Kefli İsgəndərsə əksunə elə yol seçib ki, çətin camaat ona bel bağlaya.

Əslində Mirzə Cəlil elə Kefli İsgəndəridə tənqid edir. Amma biz ona inanmayıb Şeyx Nəsrullahı hələ də qəbul etdiyimiz kimi, bunuda anlamamışıq. Kefli İsgəndəri bütə çevirib cəmiyyətimizin dünya görüşlü, savadlı, ağıllı insanının obrazına çevirmişik. Dindara baxanda Şeyx Nəsrullah, oxumuz birinə baxanda isə Kefli İsgəndər görürük və o adamlar bundan xüsusi zövq alır. Bu səbəbdəndir ki, toplumumuzda min "hoqqadan" çıxan "Şeyx Nəsrullah"lar qədər işsiz-güzsüz, kafe künclərində həyat sürən "Kefli İsgəndər"lərimiz var.

Şeyx ölüləri dirildə biməsədə, Kefli İsgəndər diriləri "öldürə" bildi. Artıq Kefli İsgəndərə qarşıda obraz yaratmaq vaxtı məncə çatıb və hatta keçirdə.

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728