Mayın 3-də Azərbaycan Dövlət Film Fondunda Azərbaycan Respublikasının Xalq rəssamı, görkəmli kino xadimi Məmmədağa Hüseynovun 90 illiyinə həsr edilmiş tədbir keçiriləcək.Qeyd edək ki,Məmmədağa Hüseynov 8 fevral 1929-cu ildə Bakıda anadan olmuşdur. 1949-cu ildə Moskvada - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsinə daxil olur. 1955-ci ildə oranı bitirib Bakıya qayıdır və "Azərbaycanfilm" yaradıcı fəaliyyətə başlayır. . “Kölgələr sürünür”, “Səhər”, “Böyük dayaq”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Əlavə iz” və 20-yə qədər filmdə quruluşçu rəssam kimi çıxış edir.1976-cı ildə Azərbaycan SSR əməkdar rəssamı,2000-ci ildə Azərbaycan Respublikasının xalq rəssamı fəxri adlarına layiq görülüb.Azərbaycanın mədəni həyatında fəal iştirak edib. Respublika və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısı olmuşdur.20 yanvar 2002-ci ildə 72 yaşında vəfat edib.
Turan Etibaroğlu
MANERA.AZ
Baxış sayı - 1 383 |
Yüklənmə tarixi: 02.05.2019 18:43