manera.az
manera.az

Tahir Salahovun yubiley sərgisi keçiriləcək

Tahir Salahovun yubiley sərgisi keçiriləcək
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2018-ci il dekabr ayının 14-dən 24-dək Bakı Expo Mərkəzində Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək.

Manera.az xəbər verir ki, sərginin açılış mərasimi 14 dekabr tarixində saat 18:30-da olacaq.

Milli incəsənətimizin zənginləşdirilməsi və təbliği işinə əhəmiyyətli töhfələr vermiş şəxsiyyətlərdən biri olan dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahov 1928-ci il noyabr ayının 29-da anadan olunub. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi, 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. Ali təhsilini əvvəlcə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbində almışdır. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olaraq, 1957-ci ildə oranı rəssam-nəqqaş ixtisası üzrə bitirib.

1955-ci ildən etibarən çoxsaylı beynəlxalq, ümumittifaq və respublika əhəmiyyətli sərgilərdə öz əsərlərini nümayiş etdirmiş Tahir Salahov dünyanın bir çox nüfuzlu muzey və qalereyalarında fərdi sərgilərini keçirib.

2008-ci ildə rəssamın 80 illik yubileyi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dövlət səviyyəsində qeyd olunub.

Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2011-ci il tarixli Sərəncamına əsasən 2012-ci ildə İçərişəhərdə Tahir Salahovun Ev-muzeyi fəaliyyətə başlanıb.

Tahir Salahovun yaradıcılığı Azərbaycan dövləti və xalqı, dünyanın nüfuzlu beynəlxalq sənət ocaqları tərəfindən daim yüksək qiymətləndirilir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031