manera.az
manera.az

Sabah Vaqif İbrahimoğlu yad ediləcək


Sabah Vaqif  İbrahimoğlu yad ediləcək Yuğ Teatrından Manera.az-a verilən xəbərə görə 12 may tarixində saat 16.00-da YUĞ Dövlət Teatrında, Azərbaycanın navator rejissoru görkəmli rejissor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun anım günü keçiriləcək.

Vaqif İbrahimoğlunun Şüvəlan qəsəbəsində yerləşən məzarına ziyarət edəcəklər.Həmin günü teatrda A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” tamaşası təqdim olunacaq.Tamaşanın qurluşu Vaqif İbrahimoğluna məxsusdur.Tamaşada əməkdar artistlər Fərhad İsrafilov, Məmməd Səfa, Sonaxanım Mikayılova,Yaqut Paşazadə, Vidadi Həsənov və aktyorlar Natəvan Qeybullayeva, Qasım Nağıyev, Oqtay Mehdiyev və başqaları ifa etmişlər.


Qeyid edək ki Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin institutu bitirmişdir. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışmışdır. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərmişdir.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlamışdır. 1989-cu ildən «YUĞ» Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır. 1992-ci ildə «YUĞ» Teatr-Studiyası dövlət statusu almışdır.

Vaqif İbrahimoğlu «YUĞ» teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş vermişdi.

22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alırdı.
Vaqif İbrahimoğlu 12 may 2011-ci ildə Bakıda vəfat etmişdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930