12- May Azərbaycanın novator teatr rejissoru, əməkdar incəsənət xadimi, "Yuğ" Teatrının yaradıcısı olan mərhum Vaqif İbrahimoğlunun anım günüdür.Vaqif İbrahimoğlunun vəfatından 6-il ötür . Qeyd edək ki,Vaqif İbrahimoğlu 1949-cu ildə Bakıda Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib. Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildə «YUĞ» Teatrını yaradıb və teatrın bədii rəhbəri olub. 1992-ci ildə «YUĞ» Teatr-Studiyası dövlət statusu alıb. Vaqif İbrahimoğlu «YUĞ» teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş verib. 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. Vaqif İbrahimoğlu 2011-ci il mayın 12-də Bakıda vəfat edib.Şüvəlan qəbiristanlığında torpağa tapşırılıb.


Vaqif İbrahimoğlunun vida mərasimindən foto şəkilər
Turan Etibaroğlu
MANERA.AZ
Baxış sayı - 2 924 |
Yüklənmə tarixi: 12.05.2017 00:16