manera.az
manera.az

Aktrisa İlahə Həsənova “ən yaxşı qadın rolu” mükafatına layiq görülüb

📅 01.05.2019 15:41

Aktrisa İlahə Həsənova “ən yaxşı qadın rolu” mükafatına layiq görülüb
15 ci Beynəlxalq Kazan Film Festivalının “ən yaxşı qadın rolu” mükafatı Azərbaycana gəlir. İlqar Nəcəfin “Nar bağı” filminin baş rol ifaçısı İlahə Həsənova festivalın qalibi olub.

Manera.az xəbər verir ki, bu, İlahənin “Nar bağı” filminə görə artıq ikinci beynəlxalq mükafatıdır. Bundan əvvəl o, Türkiyədə keçirilən Antakya Beynəlxalq Film Festivlanın “ən yaxşı qadın rolu”na gərə baş mükafatı almışdı.

Bildirilir ki, Vaqif Həsənovun tələbəsi olan İlahə karyerasını Yuğ teatrında başlayıb, indi o, Akademik Dram Teatrının aktrisasıdır.

Bu beynəlxalq uğura qədər “Nar bağı” filmi Minsk (Belarus), Malatya (Türkiyə), Avrasiya (Qazaxıstan), Asiya və Sakit okean hövzəsi ölkələrinin Kino Akademiyasının əsas mükafatlarını qazanıb.

Filmin ssenari müəllifi Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Minnebo, operatoru Ayhan Salar, bəstəkarı Firudin Allahverdidir.

Film “Azərbaycanfilm” və “Buta Film” kino şirkətinin birgə istehsalıdır.

MANERA.AZ


Baxış sayı - 2 079 | Yüklənmə tarixi: 01.05.2019 15:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031