manera.az
manera.az

“Nar bağı” ABŞ-da qalib oldu

“Nar bağı” ABŞ-da qalib oldu
“Nar bağı” bədii filmi ABŞ-ın Los-Anceles şəhərində keçirilən “South East European” film festivalının qalibi olub.

MANERA.AZ xəbər verir ki, ekran işi festivalın baş mükafatına – “Best feature film. Grand jury prize. Bridging the Borders Award” layiq görülüb.

“Azərbaycanfilm” kinostudiyası və “Buta film” kinoşirkətinin birgə istehsalı olan film Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilib. Filmin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031