manera.az
manera.az

İlqar Nəcəf ikinci dəfə Asiya Kino Akademiyasının qalibi oldu

İlqar Nəcəf ikinci dəfə Asiya Kino Akademiyasının qalibi oldu


“Nar bağı” nın uğurları davam edir: Asiya və Sakit okean hövzəsi ölkələrinin Kino Akademiyasının ( APSA) noyabr ayında keçiriləcək mükafat təqdimetmə mərasimində Azərbaycanı İlqar Nəcəf təmsil edəcək.

Kinorejissor noyabr ayının 23-ü dünya kino sənayesində “Asiya Oskarı” kimi qəbul edilən təqdim etmə mərasiminə qatılacaq və təşkilatın tarixində ikinci dəfə təqdim edilən “Young Cinema Award” mükafatı ilə təltif olunacaq. Bu mükafat ilk və ya ikinci debüt filmlərinin müəlliflərinə verilir. Mükafata bu il tədim edilən 298 filmdən 142-si debüt filmi olub. İlqar Nəcəcfin “Nar bağı” filmi məhz 142 debüt film içindən qalib seçilib.

İlqar Nəcəf artıq ikinci dəfədər ki, APSA –nın mükafatının qalibi olur. Onun quruluş verdiyi “Buta” filmi də Akademiyanın “Ən yaxşı uşaq filmi” nominasiyasının qalibi olub. O həmçinin qalib olaraq Asiya və Sakit okean hövzəsi ölkələri Kino Akademiyasının ( APSA) fəxri üzvüdür. 70 Asiya və Sakit Okean hövzəsi ölkələri Akademiyanın üzvləridir. Akademiyanın qalibləri arasında Əsgər Fərhadi, Nuri Bilgə Ceyhan, Zvyagintsev, Gokhan Tiryaki kimi nüfuzlu kino xadimləri var.

“Buta Film” kinno şirkətinin ”Azərbaycanfilm” kinostudiyasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev Rövşən Kərimduxt və digərləri canlandırıblar.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031