Könül Arif - Yoxluğun çərçivəsiz şəkilləri
![]()
“Animasyon İmkânlar Dahilinde Olmayanı Gösterir”
Şəkil 1
Qəfil atəş kimi
Onlarla göyərçin qanadları açıldı havaya
Sübh çağı
Oyandım
Öncə göyərçinlərin
Güllə kimi başıma sıxdığı
Sübhün açıldığını anladım
Sonra –
Yoxluğun düşdü yadıma...
"Durub ölüm" dedim
Ağlayıb qaldım
Şəkil 2
Qabları
Soyuq suyla yuyanda
Əllərimə köçür yoxluğun
Şəkil 3
Sükut...
Sükut xofu!!
SÜKUT XOFU!..
Şəkil 4
Evdə insan səsləri,
Çöldə insan səsi,
İnsan gülüşü,
İnsan surətləri!!!
...və heç biri
İlahi
Heç biri
O deyil...
Şəkil 5
Saçlarımı kəsdirdim
Telefonu söndürdüm
Təzə paltar geyindim
Daha nə qaldı?
Hə
İndi
Ölə bilərəm.
2018