Bir qız ölür yuxusunda... | MANERA.AZ
![]()
ELDAR İSMAYILOĞLU
Yarı yanmış qar şəkliyəm,
Gəl as, məni budağından.
Bir azdan günəş də gələr,
Kölgə düşür dodağından.
Hər gün payızı sevməkdi,
Hər baxış sənə vurulmaq.
Hər gün üz-üzə qaçmaqdı,
Həm yağış-yağış qırılmaq.
Yenə ağaclar danışır,
Ötən küləyə halını...
Qızıl nöqtələr gətirir,
Demə xəzan sualını.
Hər gün bir qadın kölgəsi
Asılır divarımızdan,
Mənə uzaq - uzaq...yaxın,
Gəlib ötür aramızdan...
Sinəmi yar, çıx, bənövşə,
Yaz inciyər çuxasında.
Şəkil - şəkil sevmə məni,
Bir qız ölür yuxusunda...
Manera.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.