manera.az
manera.az

Kamal Abdullanın məşhur romanı tamaşa oldu

📅 01.03.2019 12:36

Kamal Abdullanın məşhur romanı tamaşa oldu
Martın 4-də saat 18:00-da yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.

Manera.az xəbər verir ki, tamaşa “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı çərçivəsində təqdim ediləcək.

Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinin III kurs tələbələrinin hazırladıqları səhnə əsərində Tunar Əlizadə (Aspirant), Çimnaz Bağırova və Oksana İsgəndərova (Qadın, Ana), Əlirza Kənani (Arxadaş), Səbinə Məmmədova (Quzu (Qağayı), Elnur Tağıyev (Yekəpər (Yaddaş), Rəhimə Abdinova (Əntər (Əzab), Asim Mərdanov (Qoca), Fərid Baxşıyev (Feldşer) iştirak edirlər.

Kursun rəhbəri əməkdar artist Yaqut Paşazadədir.

Tamaşada səhnə danışığı üzrə hazırlıq dosent Nadir Hüseynova, xoreoqrafiya işi isə Səbinə Məmmmədovaya məxsusdur. Səhnə əsəri Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində oynanılacaq.

MANERA.AZ


Baxış sayı - 999 | Yüklənmə tarixi: 01.03.2019 12:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031