manera.az
manera.az

Eksperimental tamaşalar festivalı keçiriləcək

📅 17.02.2019 17:36

Eksperimental tamaşalar festivalı keçiriləcək
Martın 1-dən 9-dək "Boş məkanın dolğunluğu 2” adlı eksperimental tamaşalar festivalı keçiriləcək.

Manera.az xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival görkəmli rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub.

Festivalda doqquz gün ərzində ölkə teatrları, həmçinin Mədəniyyət və İncəsənət Universitetinin müəllim-tələbə heyəti və Gürcüstan teatrı tərəfindən ümumilikdə 18 tamaşa təqdim olunacaq.

Festival iştirakçılarının mükafatlandırma mərasimi martın 10-da Milli Teatr Günü Azərbaycan Teatr Xadimləri İttifaqında reallaşacaq.

MANERA.AZ


Baxış sayı - 1 111 | Yüklənmə tarixi: 17.02.2019 17:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930