manera.az
manera.az

Kamal Abdullanın pyesi Azdramda: Bir, iki - bizimki!

📅 28.03.2018 19:22

Kamal Abdullanın pyesi Azdramda: Bir, iki - bizimki!
Akademik Milli Dram Teatrında akademik Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan tamaşanın premyerası baş tutub.

Teatrın mətbuat xidmətindən Manera.az-a verilən məlumata görə, Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunan tamaşadan əvvəl çıxış edən teatrın direktoru, xalq artisti Azər Paşa Nemətov yeni yaradılan səhnə haqqında danışıb:

“Yeni yaradılan səhnəmizin qapılarını tamaşaçıların üzünə açmağımızdan kollektiv olaraq çox məmnunuq. Bu səhnədə biz yeni tamaşalarla teatrsevərlərin görüşünə gələcəyik. Bu gün Kamal Abdullanın “Bir, iki – bizimki!” tamaşasını təqdim edirik. Martın 29-da isə “Qəribə əhvalat” adında yeni premyeramız olacaq. Bundan sonra bu səhnədə bir-birindən maraqlı tamaşalar mütəmadi olaraq oynanılacaq”.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır.
Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

Kamal Abdullanın pyesi Azdramda: Bir, iki - bizimki!
Kamal Abdullanın pyesi Azdramda: Bir, iki - bizimki!


Baxış sayı - 1 821 | Yüklənmə tarixi: 28.03.2018 19:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031