manera.az
manera.az

Maqsud İbrahimbəyovun əsəri səhnələşdiriləcək

📅 09.02.2019 13:25

Maqsud İbrahimbəyovun əsəri səhnələşdiriləcək
Fevralın 18-də Beynəlxalq Muğam Mərkəzində Xalq yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq.

Mərkəzdən Manera.az-a bildirilib ki, Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsinin tələbələrinin iştirakı ilə yazıçının “Kərgədan buynuzu” əsərinin motivləri əsasında hazırlanmış tamaşa nümayiş ediləcək.

Rus dilində izləniləcək eyniadlı tamaşada Əməkdar artist Maqsud Məmmədov və dram rejissoru ixtisası üzrə rus bölməsinin tələbələri Mir Qabil Əkbərov, Yuri Omelçenko, Milanа Sokolenko, Zaur Terequlov, Elnur Rzayev və başqaları iştirak edəcəklər.

Layihənin rəhbəri professor Fəridə Səfiyeva, kurs rəhbərləri - Xalq artisti, professor Cənnət Səlimova və Əməkdar artist Sona Mikayilovadır.

MANERA.AZ


Baxış sayı - 950 | Yüklənmə tarixi: 09.02.2019 13:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930