Ankarada Türk Dövlətləri Mədəniyyət Parkının açılışı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderləri Ankarada “Türk Dövlətləri Mədəniyyət Parkı”nda keçirilən ağacəkmə mərasimində iştirak ediblər.
Manera.az xəbər verir ki, tədbir oktyabrın 29-da Türkiyə Prezidentinin iqamətgahının yerləşdiyi Külliyə ərazisində baş tutub.
TDT-nin 13-cü Dövlət və Hökumət Başçılarının Zirvə toplantısı ərəfəsində təşkil olunan tədbirdə türk dünyasının ortaq tarixi və mədəni irsini əks etdirən parkın əhəmiyyəti ön plana çıxıb.
Mərasim çərçivəsində Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin liderləri parkda ağac əkiblər.
“Türk Dövlətləri Mədəniyyət Parkı” türk dövlətlərinin ortaq tarixi irsini və mədəni dəyərlərini nümayiş etdirmək baxımından əhəmiyyət daşıyır.