manera.az
manera.az

Kamal Abdullanın tamaşası təqdim olunacaq

📅 19.05.2017 11:36


Kamal Abdullanın  tamaşası təqdim olunacaq
Akademik Milli Dram Teatrının kiçik səhnəsində yazıçı Kamal Abdullanın
“Bir, iki – bizimki!” tamaşası təqdim olunacaq.


Tamaşa mayın 19-da saat 15:00-da nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rejissorluq fakültəsinin magistrantı Banu Quliyeva,
yaradıcı iş rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məleykə
Məmmədovadır.

Tamaşada aktyorlar Vüsal Xalıqoğlu və Rada Nəsibova çıxış edəcəklər.

Səhnə əsəri qadın və kişinin keçmişi, xatirələri üzərində qurulub. İki
nəfərlik oyun onların əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.

Beş şəkildən ibarət əsəri Kamal Abdulla “bir-birini anlamaq istəyən və
anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı”
şəklində təqdim edib.


Baxış sayı - 1 297 | Yüklənmə tarixi: 19.05.2017 11:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031