manera.az
manera.az

Xalq Artisti İlham Namiq Kamal ilk dəfə Opera və Balet Teatrının səhnəsində

📅 10.03.2017 02:20

Xalq Artisti İlham Namiq Kamal ilk dəfə Opera və Balet Teatrının səhnəsində


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti dəfə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, bu dəfə səhnə əsərində Soltan bəy obrazını Xalq Artisti İlham Namiq Kamal canlandıracaq.

Tamaşada digər rollarda Xalq artistləri Fidan Hacıyeva, Gülyaz Məmmədova, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Gülüstan Əliyeva, Ələkbər Əliyev və aparıcı solist Tural Ağasıyev çıxış edəcək.

Səhnə əsəri dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

Mənbə-Azərbaycan Dövlət İnformasiya Agentliyi(AZƏRTAC)


Baxış sayı - 2 202 | Yüklənmə tarixi: 10.03.2017 02:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031