manera.az
manera.az

Mingəçevir teatrı yeni mövsümə başlayır - MANERA.AZ

📅 03.09.2015 15:18

Mingəçevir teatrı yeni mövsümə başlayır - MANERA.AZ

Müasir Azərbaycan teatrının layiqli qollarından biri olan Mingəçevir Dövlət Dram Teatrı son illərdə öz işində əsaslı dönüş yaradaraq, inamla irəliləyir.

Ötən iki teatr mövsümünü müvəffəqiyyətlə başa vuran kollektiv bu ildə öz qarşısına bir neçə yaradıcılıq müvəffəqiyyətinə nail olmaq məqsədi qoymuşdur. Teatrda müvəffəqiyyətlə tamaşaya qoyulmuş 4 tamaşa və uğurlu Bakı qastrolundan sonrada öz pərəstişkarlarını sevindirmək arzusundadır.

İlk olaraq, kollektiv Gəncə şəhərində Azərbaycan teatrlarının mövsüm açılış təntənəsində iştirak etmək, uğurlarını davam etdirmək fikrindədir. Bu ilin sonuna kimi 2 yeni tamaşa hazırlanıb tamaşaçılara təhvil veriləcəkdir.

Respublikamızın tanınmış rejissorlarının hazırlayacağı bu tamaşaların da uğurlu olması üçün teatr rəhbərliyi əvvəlcədən fəaliyyətə başlamışdır.
Yeni mövsüm Əli Əmirlinin, V.Əsədovun (xalq artisti) quruluşunda tamaşaya hazırlanmış “İki yetimin taleyi” əsəri ilə 12.09.2015-ci il tarixdə teatrın pərdələri tamaşaçıların üzünə açılacaqdır.

Mingəçevir Dövlət Dram Teatrı başlanmış uğurlu yaradıcılıq yolunu bu mövsümdə də davam etdirmək əzmindədir.


MANERA.AZ


Baxış sayı - 2 051 | Yüklənmə tarixi: 03.09.2015 15:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031