manera.az
manera.az

Lənkəran Dövlət Dram Teatrına aparıcı teatr statusu verilib - MANERA.AZ

📅 08.06.2015 17:22

Lənkəran Dövlət Dram Teatrına aparıcı teatr statusu verilib  - MANERA.AZ

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aparıcı teatr statusu alıb.

Bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Ağəddin Babayev manera.az-a məlumat verib.

Onun sözlərinə görə, teatrın səmərəli yaradıcılıq fəaliyyəti və son illərdə əldə etdiyi nailiyyətlər nəzərə alınaraq bu ada layiq görülüb. Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin müvafiq əmri ilə iyun ayının 1-dən teatrda çalışan işçilərin əmək haqqı 25 faiz artırılıb. T.Heydərov yaradıcı kollektivə göstərilən yüksək etimadı əməli işlə doğruldacaqlarını bildirib: ”Çalışacağıq ki, bundan sonra da üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələk, hazırladığımız tamaşalarla Azərbaycan teatrının inkişafına töhfəmizi verək”.

Turan Etibaroğlu


Baxış sayı - 3 549 | Yüklənmə tarixi: 08.06.2015 17:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031