manera.az
manera.az

Gəncə Teatrı Türkiyə səfərindən geri döndü

📅 18.05.2015 22:13

Gəncə Teatrı Türkiyə səfərindən geri döndü
Gəncə Dövlət Dram teatrının kollektivi Türkiyənin Giresun şəhərindən “Teatr günləri”ndən qayıdıb.

Kollektiv Teatr günlərinə yerli yazarımız Xəzangülün “Məhəbbətin qənimi” tamaşası ilə qatılmışdı.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Faiq Qasımovdur.

Tamaşa 13 may tarixində Giresun şəhərində, 14 may da isə Bulancaq şəhərində nümayiş olunub. Türkiyəli tamaşaçılar tərəfindən yüksək sevgi və göz yaşları ilə seyr edilən tamaşa alqışlarla qarşılanıb.

Tamaşada xalq artistləri Pərvanə Qurbanova, Məmmədəli Balayev, əməkdar artist Ramiz Vəliyev və başqaları iştirak ediblər.

Kollektiv 16 may tarixində vətənə qayıdıb.
Turan


Baxış sayı - 1 659 | Yüklənmə tarixi: 18.05.2015 22:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930