manera.az
manera.az

“Leyli və Məcnun” operası nümayiş olunacaq

📅 01.02.2019 18:07

“Leyli və Məcnun” operası nümayiş olunacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünəməxsus yer tutan "Leyli və Məcnun” operasına teatrsevərlər növbəti dəfə fevralın 27-də baxa biləcək.

Teatrdan Manera.az-a bildirilib ki, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda izləniləcək səhnə əsəri dirijor, Əməkdar incəsənət xadimi Sevil Haciyeva tərəfindən idarə olunacaq.

Operada Məcnun obrazını Səbuhi İbayev, Leylini isə Xalq artisti Gülyaz Məmmədova canlandıracaq.

Digər rollarda Nurlan Namazov, Cahangir Qurbanov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Afaq Ağayeva, Mütəllim Dəmirov, Nəzər Bəylərov və Vüqar Əliyev çıxış edəcək.

Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan "Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu ölməz əsəri 110 ildir ki, Opera və Balet Teatrının repertuarındadır.

MANERA.AZ


Baxış sayı - 1 865 | Yüklənmə tarixi: 01.02.2019 18:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031