manera.az
manera.az

Opera və Balet Teatrı yeni mövsümü “Leyli və Məcnun”la açıb

📅 20.09.2018 11:03

Opera və Balet Teatrı yeni mövsümü “Leyli və Məcnun”la açıb
Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 110-cu yubiley mövsümünü Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” operası ilə açıb.

MANERA.AZ xəbər verir ki, tamaşa bu il 10-cu dəfə keçirilən Ü.Hacıbəyliyə həsr edilmiş Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunub.

Səhnə əsərində əsas rolları Əməkdar artist Elnur Zeynalov (Məcnun), gənc muğam ifaçısı Rəvanə Əmiraslanlı (Leyli), Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam) və başqaları ifa ediblər. Operanı dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.
Opera və Balet Teatrı yeni mövsümü “Leyli və Məcnun”la açıb
Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan "Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu əsəri 110 ildir ki, Opera və Balet Teatrının repertuarındadır.


Baxış sayı - 2 111 | Yüklənmə tarixi: 20.09.2018 11:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031