manera.az
manera.az

Opera və Balet Teatrı mövsümü “Leyli və Məcnun”la açacaq

📅 05.09.2018 18:08

Opera və Balet Teatrı mövsümü “Leyli və Məcnun”la açacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni teatr mövsümünü sentyabrın 19-da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açacaq.

Teatrdan MANERA.AZ-a bildirilib ki, sentyabrın sonrakı günləri teatrın səhnəsində maraqlı səhnə əsərləri tamaşaçıların ixtiyarına veriləcək. Belə ki, sentyabrın 22-də A.Pyatsollanın “Məhəbbət tanqosu” baleti, sentyabrın 23-də M. Maqomayevin “Şah İsmayıl” operası təqdim olunacaq.

Bundan başqa, sentyabrın 26-da Q.Qarayevin “Leyli və Məcnun”, “Don Kixot” baletləri, sentyabrın 30-da isə C.Puççininin “İl Tabarro” operası göstəriləcək.

Qeyd edək ki, sənət ocağı hər il mövsümü ənənəvi olaraq “Leyli və Məcnun” operası ilə açır.


Baxış sayı - 1 452 | Yüklənmə tarixi: 05.09.2018 18:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031