manera.az
manera.az

Əbədi gözlərin yumdu Bəxtiyar

📅 03.09.2015 12:08

Əbədi gözlərin yumdu Bəxtiyar
BƏXTİYAR

O həm şairidi, həm də bir ordu
Sözüylə alınmaz qala da qurdu.
Şüpələr içində görən də yurdu,
Ərəndən qurtuluş umdu Bəxtiyar.

Əzəldən yaranan gərdiş belədi
Yaxşının qədirini yaman bilmədi.
Başı ərşə dəyən qarlı zirvədi,
Sinəsi əkilən şumdu Bəxtiyar.

Yeyir Səxavəti qəm için-için,
Bir el çəkə bilmir bir ömürün köçün.
Əbədi həyat da yaşamaq üçün,
Əbədi gözlərin yumdu Bəxtiyar.

Səxavət Kəlbəcərli


Baxış sayı - 1 847 | Yüklənmə tarixi: 03.09.2015 12:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930