manera.az
manera.az

Prezident İlham Əliyev Türkiyəyə səfər edib

📅 11.11.2026 10:03


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək məqsədilə noyabrın 10-da Türkiyəyə səfərə gəlib.

Manera.az xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Kürşad Zorlu, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay, millət vəkili Mövlud Çavuşoğlu, Antalya valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər COP31 çərçivəsində keçirilən Liderlər Sammitində iştirak məqsədi daşıyır.


Baxış sayı - 18 | Yüklənmə tarixi: 11.11.2026 10:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30