manera.az
manera.az

“Sadıq bəy Ağabəyzadə general-şərqşünas” kitabı işıq üzü görüb

📅 04.11.2026 08:54


AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ictimai-siyasi xadim, general və şərqşünas Sadıq bəy Ağabəyzadənin 160 illiyinə həsr olunmuş kitab nəşr edilib.

Manera.az xəbər verir ki, “Sadıq bəy Ağabəyzadə general-şərqşünas” adlı nəşr institutun Dünya ədəbiyyatı və komparativistika şöbəsi tərəfindən hazırlanıb.

Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, ideya müəllifi və tərtibçisi isə filologiya elmləri doktoru, professor Gülər Abdullabəylidir.

152 səhifəlik topluda Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri və nazir müavini vəzifələrində çalışmış Sadıq bəy Ağabəyzadənin həyat və fəaliyyətinə dair elmi məqalələr, müxtəlif illərdə keçirilmiş konfransların materialları yer alıb.

Nəşrdə generalın hərbi-siyasi fəaliyyəti ilə yanaşı, Polşanın Lvov Universitetindəki elmi-pedaqoji fəaliyyəti də işıqlandırılıb.


Baxış sayı - 47 | Yüklənmə tarixi: 04.11.2026 08:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30