Ankarada Məhəmmədtağı Zehtabinin 103-cü doğum ildönümü qeyd olunub

4 noyabr 2026-cı il tarixində Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Muzaffer Göker salonunda Güney Azərbaycanın görkəmli alimi, tarixçi, dilçi və şairi Prof. Dr. Məhəmmədtağı Zehtabinin 103-cü doğum ildönümünə həsr olunmuş anım proqramı təşkil edilib.
“Varlıq” dərgisi və Ankara Universiteti Türkoloji Topluluğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə görkəmli alimin həyatı, elmi fəaliyyəti və Azərbaycan dilinin, milli-mədəni irsinin qorunmasına verdiyi töhfələr yad edilib.
Proqram çərçivəsində Məhəmmədtağı Zehtabinin həyatından bəhs edən sənədli film nümayiş olunub, alim və tədqiqatçıların iştirakı ilə panel keçirilib. Panelə Dr. M. Rza Heyət moderatorluq edib. Prof. Dr. Ali Qafqasyalı və Zehtabinin tələbələrindən Azər Ferruhi çıxış ediblər. Tədbir Araz Elsəsin musiqi təqdimatı ilə davam edib.
Anım proqramı Güney Azərbaycanın elm, dil və mədəniyyət tarixində mühüm iz qoymuş Məhəmmədtağı Zehtabinin zəngin irsinin tanıdılması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıyır.
