manera.az
manera.az

Bakıda milli irsimizə həsr olunmuş “Kəlağayı bayramı” keçirilib

📅 04.11.2026 08:51

Bakıda milli irsimizə həsr olunmuş “Kəlağayı bayramı” keçirilib
Milli QHT Forumunda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Kəlağayı ev-muzeyi”nin birgə təşkilatçılığı ilə Azərbaycanın qədim milli-mədəni irsinin təbliğinə həsr olunmuş tədbir keçirilib.

Manera.az xəbər verir ki, tədbirdə İctimai Birliyin sədri, “Kəlağayı ev-muzeyi”nin direktoru, tədqiqatçı-yazıçı Güllü Eldar Tomarlı milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıb.

Mərasimdə müəllifin “Kəlağayı bayramı” və “Kəlağayı milli sərvətimizdir” kitabları təqdim olunub. Sonuncu nəşrin gürcü və rus dillərinə tərcümə edilmiş versiyaları da ictimaiyyətə təqdim edilib.

Çıxışlarda Azərbaycan kəlağayısının 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində qədim kəlağayılar və müasir sənətkarların əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Bununla da 2026-cı il üzrə “Kəlağayı bayramı” silsilə tədbirlərinə rəsmi start verilib.


Baxış sayı - 47 | Yüklənmə tarixi: 04.11.2026 08:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30