manera.az
manera.az

Zəfər Günü münasibətilə ‎"İki əsgər" tamaşası növbəti dəfə səhnədə

📅 11.11.2026 11:57


Zəfər Günü münasibətilə Şuşa Dövlət Musiqili Dram Teatrı və Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

‎Teatrdan Manera.az-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Xaqani Əliyevin ‎"İki əsgər" tamaşası nümayiş olunub.

‎‎Tamaşanın quruluşçu rejissoru, mərhum Əməkdar artist Yadigar Muradov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Asyaxanım Heydərovadır.‎

Səhnə əsərində teatrın aktyorları Emin Sevdiməliyev, Vüsal Məmmədov, Ayşən Mirzəyeva, Cavid Cavadzadə və Təranə Əliyeva çıxış ediblər.

‎Tamaşada düşmən əsgəri ilə müqayisədə cəsur, vətənsevər, qəhrəman, humanist, torpağının azadlığı uğrunda həyatını hər an qurban verməyə hazır olan qalib Azərbaycan əsgərinin ümumiləşdirilmiş obrazı yaradılıb.


Baxış sayı - 16 | Yüklənmə tarixi: 11.11.2026 11:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30