Türkiyədə Qarabağ Zəfərinə həsr olunan şeir antologiyası təqdim ediləcək

Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş “5. Yıl Dönümünde Karabağ Zaferi” adlı beynəlxalq şeir antologiyasının təqdimatı keçiriləcək.
Kafkas Universiteti, Azərbaycanın Qars Başkonsulluğu və Türk Ocaqları Dərnəyinin Qars şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq şeir müsabiqəsində Türkiyə, Azərbaycan, Özbəkistan, İran və Gürcüstandan 123 şair 168 şeirlə iştirak edib.
Müsabiqəyə təqdim olunan şeirlər əsasında hazırlanan antologiya Qarabağ Zəfərinin tarixi əhəmiyyətini, Vətən sevgisini və Türk dünyasının ortaq mənəvi dəyərlərini ədəbiyyat vasitəsilə yaşatmağı hədəfləyir.
Antologiyanın redaktorlarından biri, professor Mitat Durmuş əsəri Azərbaycan-Türkiyə qardaşlığının və Türk dünyasının ədəbi-mənəvi birliyinin rəmzi kimi səciyyələndirib.
Kitabın təqdimatı 7 noyabr 2026-cı il tarixində Qars İl Mədəniyyət Müdirliyinin Konfrans Salonunda keçiriləcək Zəfər Konserti çərçivəsində baş tutacaq.