manera.az
manera.az

Ankarada “Türk Dünyasında Gənclik və Parlament Diplomatiyası” proqramı keçirilib

📅 12.11.2026 12:10

Ankarada “Türk Dünyasında Gənclik və Parlament Diplomatiyası” proqramı keçirilib
Ankarada Türk dünyasında gənclərin rolu və parlament diplomatiyasının inkişafına həsr olunan “Türk Dünyasında Gənclik və Parlament Diplomatiyası” adlı proqram və panel keçirilib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Mərasim Salonunda təşkil olunan tədbir TBMM sədri Numan Kurtulmuşun himayəsində, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Xaricdəki Türklər və Qohum İcmalar İdarəsinin (YTB) əməkdaşlığı ilə baş tutub.

Tədbirdə TBMM sədri Numan Kurtulmuş, YTB sədri Abdulhadi Turus və TÜRKPA-nın Baş katibi Ramil Həsən çıxış ediblər.

Proqrama Türk dünyasının müxtəlif ölkələrindən gələn gənclər, eləcə də Türkiyənin ali təhsil müəssisələrində təhsil alan xarici tələbələr qatılıblar.

Çıxışlarda Türk dünyasında gənclərin rolu, ortaq tarixi və mədəni dəyərlərin qorunması, dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsi və parlament diplomatiyasının gələcək perspektivləri diqqətə çatdırılıb.

Tədbir Türk dünyasının gəncləri arasında ünsiyyət və əməkdaşlıq imkanlarının genişləndirilməsi, onların ortaq gələcəyin formalaşmasında fəal iştirakının təşviqi baxımından əhəmiyyət daşıyıb.


Baxış sayı - 46 | Yüklənmə tarixi: 12.11.2026 12:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30