manera.az
manera.az

Kitab sərgisi açılacaq | MANERA.AZ

📅 15.08.2015 14:10

Kitab sərgisi açılacaq | MANERA.AZ
Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş kitab sərgisi açılacaq

Avqustun 16-da xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 yaşı tamam olur. Azərbaycan şeirinin son yarım əsrlik tarixi təkamül prosesini Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. O, özünün çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan aparıcı ədiblərdən olub. Bu səbəbdən də görkəmli qələm adamının doğum günü hər il müxtəlif tədbirlərlə qeyd olunur.

Avqustun 17-də M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş "Bəxtiyar Vahabzadə -90" adlı geniş kitab sərgisi açılacaq.

Kitab sərgisində xalq şairinin poetik istedadını əks etdirən kitablar nümayiş olunacaq.

Qeyd edək ki, Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də Bakıda vəfat edib.


Baxış sayı - 2 076 | Yüklənmə tarixi: 15.08.2015 14:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031