Türkiyənin Qars şəhərində Qarabağ Zəfəri təntənəli yürüşlə qeyd olunub

Türkiyənin Qars şəhərində Azərbaycanın Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə təntənəli yürüş keçirilib.
Qars Valiliyi və Qars Bələdiyyəsinin öncüllüyü, Azərbaycanın Qars Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən yürüşdə Qars valisi Ziya Polat, Bələdiyyə sədri professor Ötüken Senger, Baş konsulun müavini Erdal Məmmədoğlu, protokol nümayəndələri və çoxsaylı şəhər sakinləri iştirak ediblər.
Türkiyə və Azərbaycan bayraqları ilə keçirilən yürüşdə “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib, “İki dövlət, bir millət!” qardaşlıq mesajı vurğulanıb. Proqram çərçivəsində Qafqaz xalq rəqsləri nümayiş etdirilib, atəşfəşanlıq təşkil olunub.
Çıxış edən Qars valisi Ziya Polat və Bələdiyyə sədri Ötüken Senger Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən danışaraq, şəhidlərin xatirəsini ehtiramla yad edib, Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu bildiriblər.
