manera.az
manera.az

ADPU-nun Quba filialında Zəfər Günü qeyd olunub

📅 04.11.2026 14:45

ADPU-nun Quba filialında Zəfər Günü qeyd olunub

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər salnaməsi: Müzəffər xalqın qüruru, qalib dövlətin əzəməti” mövzusunda tədbir keçirilib.

Tədbirdə filialın direktoru, professor Yusif Alıyev, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, müəllim və tələbələr iştirak ediblər. Çıxışlarda Azərbaycanın tarixi Zəfəri, şəhidlərin qəhrəmanlığı və milli birliyin əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində şəhid ailələrinə gül dəstələri təqdim olunub, qazilər fəxri fərmanlarla təltif edilib, kitab və rəsm sərgiləri nümayiş etdirilib.

Sonda iştirakçılar Vətən müharibəsi şəhidi Nuran Mirzəyevin adını daşıyan auditoriyanı ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər.


Baxış sayı - 42 | Yüklənmə tarixi: 04.11.2026 14:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30