Fərid Cəfərov: Bakı Forumu Azərbaycanın beynəlxalq nüfuzunu nümayiş etdirir
![]()
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal dialoqa verdiyi töhfənin göstəricisidir.
Manera.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisdə keçirilən ictimai dinləmədə bildirib.
Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın mədəni diplomatiyasının gələcək prioritetlərini müəyyənləşdirir. O, ölkəmizin multikulturalizm və tolerantlıq modelinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini vurğulayıb.
Fərid Cəfərov postmünaqişə dövründə mədəni irsin bərpasının əhəmiyyətinə də toxunub. Bildirib ki, 500-dən çox xarici qonağın iştirak etdiyi Forum Bakı Prosesinin beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyib.
Manera.az